Bakıda quzu ilə gəzinti, yoxsa ağızlıqsız it gəzdirmək daha təhlükəlidir? - VİDEO

Bakıda quzuya uşaq bezi taxaraq şəhərin mərkəzi küçələrində gəzdiriblər. Bu zaman onları polis əməkdaşları saxlayıb. Hadisə şahidlərinin sözlərinə görə, həmin gənclər polis bölməsinə dəvət olunublar.

Vətəndaşın bu qeyri-adi hərəkəti başqa bir vətəndaş tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Görüntü sürətlə yayılaraq insanlar arasında marağa səbəb olub.

"Kanal1.az" xəbər verir ki, quzu ilə gəzintiyə çıxan Orucəli Məmmədov olub. Orucəli Məmmədov deyir ki, onun bu addımı heç kim üçün təhlükəli deyil və üstəlik o, qanun pozuntusuna da yol verməyib. O, dekabr ayından evində saxladığı quzunun bu qədər mübahisələrə səbəb olacağını düşünməyib. Fevral ayının 14-də ilk dəfə gəzintiyə çıxdığını qeyd edən Orucəli Məmmədov heç bir xəbərdarlıq almadığı üçün dünən axşam da bu hərəkətini təkrarlayıb. Onun bu hərəkətinə paytaxt sakinlərinin də münasibəti birmənalı olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxsə izah olunub ki, xüsusi karantin rejimi dövründə insanların sıx toplaşmalarına səbəb olan hərəkətlər yolverilməzdir.

Şəhər mərkəzində quzu gəzdirməklə bağlı xəbərin yayılması əslində daha ciddi bir məsələni aktuallaşdırır: insanların sıx olduqları yerlərdə ağızlıqsız it gəzdirmək. Halbuki, böyük itlərin şəhər mərkəzində ağızlıqsız gəzdirilməsi faciəvi nəticələrə gətirib çıxara bilər. Elə bizim çəkiliş zamanı qarşılaşdığımız bu hadisə kimi...

Hər nə qədər itlərini gəzintiyə çıxaran vətəndaşlar ətrafa saçdıqları təhlükədən xəbərdar olsalar da, deyəsən, ictimai təhlükəsizlik qaydalarına əməl etmək istəmirlər. Xüsusən böyük itləri olanlar...

Heyvanları sevmək və onlara qayğı göstərmək insanlıq borcudur. Ancaq unutmaq lazım deyil ki, heyvanlara olan sevgimiz insanların təhlükəsizliklərini riskə atmamalıdır.
Xəzər TV-nin ətraflı videomaterialını təqdim edirik:

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər