Üçüncü dalğanın ya bu ay, ya da apreldə olacağı gözlənilir – Karantin sərtləşdirilir?

"Kanal1.az"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dünyada koronavirusa yoluxanların ümumi sayında dekabr, yanvar ayına nisbətən ciddi azalma olduğunu açıqlasa da, alimlər üçüncü dalğanın olacağını istisna etmir. ÜST rəsmisi Mayk Rayan da deyib ki, pandemiyanın 2021-ci ilin sonunda bitəcəyini gözləmək real deyil: “Məsələ bizim virusu nəzarət altına ala bilməyimizdir. Ancaq hazırda nəzarət daha çox virusdadır”.

Bəzi mütəxəssislər isə üçüncü dalğanın mart-aprel ayında olacağını proqnozlaşdırır. Çinli alimlər hələ ötən il müxtəlif ölkələrdə koronavirusun yayılma zirvələri ilə bağlı araşdırma aparıblar və nəticədə patogenin ötürülməsi üçün optimal temperaturun 5 ilə 8.72 dərəcə, havanın rütubətinin isə 35 ilə 50 faiz arasında olduğunu sübut ediblər. Bundan belə aydın olub ki, baharın əvvəlləri SARS-CoV-2 virusunun səbəb olduğu COVİD-19 infeksiyasının yayılması üçün demək olar ki, ideal şərait yarada bilər. Deməli, soyuq qışdan çıxmış zəif immunetli əhali yaz aylarında yenidən virusa yoluxa bilər.

Bəs görəsən, azərbaycanlı mütəxəssislər bununla bağlı nə fikirdədir? Bizdə də virusun yeni dalğası gözlənilirmi? Bu arada məktəblərdə, bağçalarda virusun yayıldığı, bu səbəbdən yaxın zamanda təhsilin distant şəkildə davam etdiriləcəyi barədə söhbətlər də gəzir. İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Yoluxma sayında hər gün artımlar olur. Dünən bu sayın az olmasına baxmayaraq ümumilikdə rəqəmlər artmağa meyllidir. Karantin qaydalarının yumşaldılması özünü artıq göstərir. Bundan əvvəl ikinci dalğa zamanı ümidsiz idik, çünki üzü qışa gedirdik. Amma bundan sonrakı dövrlə bağlı o qədər pessimist düşünmürük. Üçüncü dalğa olsa da, yay fəslinə keçirik deyə problem olmamalıdır. Aprel ayında yoluxma sayında artım ola bilər, amma yaya doğru azalmalar olacaq. Çünki günəşin aktivliyi artacaq, bu da açıq havada virusu öldürəcək. Evlərdə otaqlar tez-tez havalandırılacaq, bu amil də virusun yayılmasının qarşısını alacaq. Hava şəraiti epidemiyanın əleyhinə olacaq”.
İnfeksionist deyib ki, insanlar bayram ərəfəsində daha diqqətli olmalıdırlar: “Düşünmürəm ki, sərt karantin rejiminə keçilməlidir. Qarşıdan bayram gəlir, qaydaları sərtləşdirmək olar. Çünki insanlar toplaşacaq, bir-birinə qonaq gedəcək. Hazırda buna yol vermək olmaz. Virusun sayında artma ola bilər. Bayram ərəfəsində insanlar evdə otursa, daha yaxşı olar. İndi vaksinasiya prosesi də davam etdirilir. Yayın gəlməsi bir tərəfdən, digər tərəfdən də vaksinasiya tədbirləri ümidlər verir. Düzdür, 2-3 milyon insanı eyni vaxtda vaksin eləmək mümkün deyil. Bu yəqin ki, yeddi ay və ya bir il çəkə bilər. Amma ən azı hər gün yeni-yeni insanlar peyvənd olunur. Bu da müsbət təsirini göstərəcək. Yəni hazırda 250 nəfər yoluxma qeydə alınıb, bu cür davam eləsə, sərt karantin tətbiq etməyə ehtiyac yoxdur. Amma yoluxma sayı artsa, bayram ərəfəsində qısamüddətli karantin tətbiq oluna bilər”.

M.Əliyevin sözlərinə görə, son günlər uşaqların virusa yoluxması halları artıb: “Bizə koronavirusa yoluxma ilə bağlı azyaşlılar gətirilir. Məktəblərdə yoluxmanın olması təbiidir, şagirdlər toplu şəkildə yığılırsa, yoluxma da qaçılmazdır. Məktəblərin də bir neçəsi bu səbəbdən bağlandı. Belə davam edərsə, distant təhsil sisteminə keçilə bilər. Amma qarşıdan yay gəldiyi üçün uzunmüddətli karantinin olacağını düşünmürəm. Bununla belə, ağır xəstələr gəlmir. Noyabr, dekabr aylarında dəhşətli dərəcədə ağır xəstələr var idi. Əksəriyyət pnevmoniya ilə gəlirdi. Hazırda pnevmoniya ilə bir gündən bir müraciət edən olur, bəzən heç olmur. Ağırlaşma kimi hallar yoxdur”.

Pediatr Kəmalə Əmrahova isə hesab edir ki, məktəblərin, bağçaların açılması virusun yayılma riskini artırır: “Hazırda uşaqların koronavirusa yoluxub-yoluxmaması dəqiq bilinmir. Elə uşaq ola bilər ki, immun sistemi güclüdür, onda xəstəlik özünü göstərmir. Belə olarsa, digərlərini yoluxdurma ehtimalı yüksəkdir. Hazırda uşaqların əksəriyyətində qusma, ishal kimi əlamətlər müşahidə olunur ki, bu da COVİD-19 əlaməti sayıla bilər. Amma əksər valideynlər analiz verməkdən imtina etdiyinə görə təsdiqlənmiş sayılmır”.

Pediatr uşaqların məktəbə getməsini tövsiyə etmir: “Çünki infeksiyalar hava-damcı yolu ilə yayılır. Bunun qarşını almaq üçün evdə qalmaları daha məsləhətlidir. Bunun əvəzində evdə immuniteti artıran qidalardan, təbii məhsullardan istifadə etsinlər. Amma ümumiyyətlə, əvvəlki aylara nisbətən xəstələrin sayı azalıb”.

Təhsil Nazirliyi orta məktəblərdə əyani dərslərin martın 3-dən 9-dək dayandırılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. “Xahiş edirəm, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”, – deyə nazirlik rəsmisi qeyd edib.

Cəsarət Valehov həmçinin bağça və universitetlərin də bağlanması barədə xəbərləri təkzib edib.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər