"Formula 1": Azərbaycan Qran-prisi ilə bağlı seminar keçirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli KİV nümayəndələri üçün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib.

"Kanal1.az" xəbər verir ki, Hilton otelində gerçəkləşən seminarda iştirakçılara bu ilin yayında Bakıda 5-ci dəfə təşkil ediləcək "Formula 1" yarışının akkreditasiya prosesi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 2 - 20 martda onlayn qaydada, BŞH-nın rəsmi internet saytı vasitəsi ilə həyata keçiriləcək.

BŞH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Ayan Nəcəf-Ağayeva Azərbaycan Qran-prisinin bu il 4 - 6 iyunda olacağını xatırladıb. O, hazırda Formula 1 şirkəti, Beynəlxalq Avtomobil Federasiyası və Azərbaycan hökumətinin tövsiyələri nəzərə alınaraq, çalışdıqlarını söyləyib: "Pandemiya səbəbindən TV-lərə çəkiliş üçün icazə verilməyəcək. Mətbuat konfransları ayrı-ayrı otaqlardan olacaq. Podium mərasiminin ləğvi də düşünülür".

BŞH rəsmisi bu il komandaların büdcələrinə ciddi məhdudiyyətlər qoyulduğunu da diqqətə çatdırıb. "Komandaların mövsüm ərzində maksimum 145 milyon dollar xərcləməsi qərara alınıb. Bu məbləğ 21 qran-pri üçün nəzərdə tutulub. qran-pri sayı azaldılarsa, məbləğ də azalacaq. Məhdudiyyət 2025-ci ilədək qalacaq".

Eyni zamanda seminarda texniki reqlament, idman reqlamenti, yarış həftəsonu strukturu, "Formula 1" təqvimi barədə məlumat verilib. Yarış həftəsonunun 4 gündən 3 günə endirildiyi, çempionatın Avstraliyada deyil, Bəhreyndə start götürəcəyi xatırladılıb. Marşal və könüllülərin sayında rekord sayda artım qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi daxil olmaqla bütövlükdə 2021-ci il "Formula 1" üzrə dünya çempionatında yer alan hər yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi saytına daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidir. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Xatırladaq ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər