Şah: Azərbaycana qarşı 200 ildir bu siyasət aparılır

Şah: Azərbaycana qarşı 200 ildir bu siyasət aparılır
Pakistan Qarabağın Azərbaycanın ayrılmaz parçası olmasıyla bağlı beynəlxalq hüquqi mövqeyi dəstəkləyir.

Bu sözləri Axar.az-a açıqlamasında pakistanlı ekspert, Ziyaüddin Universitetinin İnsan Haqları Mərkəzinin direktoru Səyyad Şah deyib.

“Bu region Qarabağ xanlığı olanda burada əsasən azərbaycanlılar məskunlaşıb. Məhz erməni maxinasiyaları və çarizmin siyasəti ucbatından burada deportasiya həyata keçirilib ki, etnik xəritə dəyişdirilsin. Sonuncu dəfə belə şey 1990-cı il konflikti zamanı yaşanıb. Bu siyasət Kəşmirdə də aparılır. Burada Hindistandan yerli olmayan şəxslər məskunlaşdırılırlar və yerli əhalinin tərkibi dəyişdirilir. Daha sonra deyirlər ki, Kəşmirdə indi müsəlman çoxluq yoxdur və bununla da işğalı qanuniləşdirirlər. Qarabağda da eyni prosesdir və o, 1800-cü ildən aparılır”, – deyə o bildirib.

Ekspert hazırkı prosesdə Bakını Pakistan və Türkiyənin dəstəklədiyini, bunun da onun əsl dostlarının kim olduğunu göstərdiyini deyib.


Tarix: 15-10-2020, 11:12


Bölməyə aid digər xəbərlər