Tibb Universitetinin tədris prosesində bir sıra dəyişikliklər edilib
Azərbaycan Tibb Universitetinin (ATU) tədris prosesinin təşkilində bir sıra dəyişikliklər edilib.

ATU-dan APA-ya bildirilib ki, hazırda ölkədə hərbi vəziyyət və xüsusi karantin rejimi hökm sürür. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun olaraq, Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra, universitetdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəylinin sədrliyi ilə keçirilən elmi şuranın qərarına əsasən universitetin tədris prosesinin təşkilində bir sıra dəyişikliklər edilib.

ATU-nun tədris şöbəsinin müdiri, dosent Samir Cavadovun sözlərinə görə, Tibb (Müalicə işi), Tibbi profilaktika (İctimai səhiyyə), Stomatologiya, Əczaçılıq, Hərbi tibb (Hərbi həkim işi), Tibb bacısı, Fizioterapiya və tibbi reabilitasiya ixtisaslarının bütün təhsil ili tələbələri üçün əyani təhsilalma forması nəzərdə tutulub:

“Əyani təhsilalma formasında tədris prosesinin başlanılması 15 oktyabr tarixindən nəzərdə tutulur. Əyani təhsil zamanı praktik məşğələlər zamanı qrupda tələbə sayı auditoriyaların tutumu nəzərə alınaraq, 4-6 nəfər olmaqla müəyyən edilir. Bu zaman həftəlik dərs mövzularının hansı formada tələbələrə çatdırılacağı haqqında artıq kafedra müəllimlərinə məlumat verilib”.

Qeyd edək ki, bununla yanaşı qeyri-tibb profilli fənlər üzrə ATU-da distant təhsil də davam etdirilir.

Həmçinin universitetdə təhsilə start verərkən istər müəllim heyəti, istərsə də tələbələr üçün ölkədəki sanitar-epidemioloji vəziyyətə uyğun qaydalar qoyulub. Belə ki, universitetə daxil olarkən bütün əməkdaşların və tələbələrin hərarəti təmassız termometr vasitəsilə ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların universitetə daxil olmasına yol verilmir. İş prosesində tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir. Sıxlığın qarşısının alınması və sosial məsafənin təmin olunması məqsədilə tədris korpuslarının önündə, dəhlizlərdə, dərs otaqlarının qarşısında tələbələrin və əməkdaşların birlikdə toplanmasına yol verilmir.

Qeyd edək ki, 2020/2021-ci tədris ilinin payız semestri üzrə əyani təhsilə oktyabr ayının 15-dən start verilir.

Son xəbərlər

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır

Prokurorluq da valideynlik hüququndan məhrum edə biləcək

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı

Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

Bütün xəbərlər