Messi qışda "Mançester Siti"yə keçə bilər

Messi qışda "Mançester Siti"yə keçə bilər
İspaniya "Barselona"sının kapitanı Lionel Messinin İngiltərənin "Mançester Siti" klubuna keçidi qışda gerçəkləşə bilər.

"Report" "Marca"ya istinadən xəbər verir ki, buna səbəb hazırda Kataloniya təmsilçisində hökm sürən maliyyə problemidir.

Böhrandan çıxmağa çalışan rəhbərlik oyunçular və işçilərlə maaşların azaldılması üçün danışıqları davam etdirir. Yenli qanunvericiliyə əsasən, bu baş verərsə, futbolçular 2021-ci ilin yanvarından müqavilələrini birtərəfli qaydada pozmaq hüququ əldə edəcəklər.

İddiaya görə, yay transfer pəncərəsində "şəhərlilər"lə anlaşan Messi yaranmış vəziyyətdən istifadə edib "Dumanlı Albion"a köçə bilər.

Qeyd edək ki, 33 yaşlı forvard 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.


Tarix: 8-10-2020, 11:16


Bölməyə aid digər xəbərlər