Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - S Aqro MMC-də QALMAQAL
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğlu Şamxal Həsənliyə məxsus S Aqro MMC-də qalmaqal yaşanır.

Bu haqda şirkətin əməkdaşları məlumat veriblər.

Məlumata görə, spirtli içkilərin istehsalı ilə məşğul olan S Aqro MMC-nin işçilərin maaş kartlarını özlərinə verməməsi, əməkdaşların böyük qismi ilə əmək müqavilələrinin bağlanmaması şirkətdə ciddi narazılığa səbəb olub.

"Şamxal Həsənlinin S Aqro MMC-yə direktor olaraq təyin etdiyi Oral Ağakişiyev əməkdaşlarla əsl kölə kimi davranır. Şirkət işçilərin maaş kartlarını özlərinə vermir. Biz qanunla nə qədər maaş aldığımızı belə bilmirik. Sadəcə aylıq bir kağıza imza atıb maaş alırıq. Maaş kartlarını isə özlərində saxlayırlar. Şirkət ciddi mənada vergidən yayınır. Belə ki, kiçik dükanlara və mağazalara qeyri-rəsmi satış edilir və bu fakt vergidən gizlədilir. Ən qəribəsi budur ki, kiçik dükanlara edilən bu qeyri-rəsmi satış işçilərə "yüklənilir". Bu kiçik dükanlar şirkətdən aldığı məhsulun pulunu vaxtında qaytara bilmirsə, şirkət bu pulu əməkdaşların üzərinə yazır. Sonra da bizim maaşımızdan həmin pulu tuturlar. Beləliklə işçiləri süni yolla şirkətə borclu edirlər. Eyni zamanda şirkətin istifadəsində olan bütün yük daşıyan avtomobillərin xərcləri də əməkdaşların üzərindədir. Yəni avtomobilin gündəlik benzin sərfiyyatı və təmir xərclərini işçilər öz maaşlarından ödəyir. Biz isə aldığımız 700-800 manat maaşla bunun öhdəsindən gələ bilmirik. Əməkdaşların çoxu işdən çıxmaq istəyir, lakin şirkət tərəfindən borcla "yükləndiyi" üçün azad ola bilmirik" - S Aqro MMC-nin adının çəkilməsini istəməyən ekspeditorlarından biri Avropa.info-ya belə deyir.

Şirkət işçilərinin Avropa.info-ya verdiyi məlumata görə, uzun illər Əli Həsənovun nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzinin həyətindəki anbar əslində S Aqro MMC-nin ixtiyarında olub.

"S Aqro MMC Əli Həsənovun oğlu Şaxmal Həsənliyə məxsusdur. Bu səbəbdən Əli Həsənovun nəzarətində olan BMM-in anbarı bizim şirkətin ixtiyarına verilib. Həmin anbara satış üçün gedəcək spirtli içkilər, əsasən də araq məhsulları yığılır. Mən demək olar ki, hər gün o anbara gedirəm. Hal-hazırda da BMM-in anbarı S Aqro MMC-nin araq anbarı kimi fəaliyyət göstərir. Bizə dedilər ki, yaxın günlərdə anbar boşladılacaq" - S Aqro MMC-nin işçilərindən biri belə deyir.

Son xəbərlər

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır

Prokurorluq da valideynlik hüququndan məhrum edə biləcək

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı

Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

Bütün xəbərlər