Ali məktəblərə ixtisas seçimi başlayıb
Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayır. İxtisas seçimi sentyabrın 20-dək internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, səhv etmək ehtimalı yoxdur və ərizənin yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I, II,III və IV ixtisas qrupları üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapır. "Abituriyent” jurnalının 4 saylı buraxılışında "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın 2 saylı buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri”nə yalnız əvvəlcədən onlayn növbə götürməklə müraciət ermək mümkündür.

"Məsləhət Mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə əsasında həyata keçiriləcək. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılacaq. Abituriyenti yalnız 1 nəfərin müşaiyət etməsinə icazə veriləcək.

Onlayn növbənin götürülməsi sentyabrın 9-dan etibarən mümkün olacaq. Onlayn növbə tutmaq üçün hər bir şəxs sistemdə tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, məsləhət yeri, tarixi və saatı) xidmətdən rahat yararlana bilər. Bir şəxs gün ərzində yalnız 1 görüş təyin edə bilər. Təyin olunan görüşün vaxtını və yerini dəyişmək istəyənlər "Görüşdən imtina edirəm” bölməsinə müvafiq məlumatları daxil etməklə görüşdən imtina edib yeni görüş təyin edə bilərlər.

Onlayn növbəyə yazılmış şəxslər binaya yaxınlaşdıqda şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməlidirlər. Qəbul prosesi koronavirus (COVID-19) infeksiyasnın profilaktikasına dair metodiki göstərişlərə uyğun təşkil ediləcək. Bunun üçün mərkəzlərdə təlimata uyğun müvafiq şərait yaradılıb. Qəbul mərkəzlərində müraciət edən vətəndaşların öz aralarında və işçilərlə (xidmət göstərən əməkdaşlar və s.) sıx qarşılıqlı münasibətlərində lazımi sosial məsafənin saxlanılması təmin olunacaq. Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.

Son xəbərlər

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...

Bu qadınlar pensiyaya tez çıxacaq

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir

ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."

Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

Bütün xəbərlər