Neft Fondu biznes üçün investisiya fondu rolunda: - real sektoru necə canlandırmalı...
Azərbaycanda biznesin hər zaman ən böyük problemlərindən biri maliyyə mənbələrinə çıxış imkanlarının məhdudluğu olub. Biznesin maliyyələşməsində əsas mənbə sayılan kommersiya bankları da daha çox qısa müddətdə gəlir əldə edə biləcəkləri istehlak kreditlərinə üstünlük verdiklərində, real sektorun aşağı faizli, uzunmüddətli kreditlərlə təmin olunması müşkülə çevrilib.

Bunun nəticəsində isə ölkədə istehsal aşağı düşüb, ÜMD-in həcmi azalıb, Azərbaycan ən bəsit məhsullara görə də idxaldan asılı vəziyyətə düşüb ki, bu da ölkədən valyuta axınını sürətləndirir. Digər tərəfdən isə istehsal sahələrinin genişlənməməsi, zavod və fabriklərin işləməməsi ölkədə kütləvi işsizliyin meydana çıxması ilə nəticələndi ki, bununla bağlı real vəziyyəti pandemiyanın başladığı dövrdə işsizlərə verilən birdəfəlik 190 manat müavinət üçün müraciətlərin qəbulu zamanı gördük. İşsizliyin artıq olması da sonra nəticədə dövlət büdcəsi üzərində yükü artırır. Bir tərəfdən daxil olan vergilərin həcmi azalır, digər tərəfdən dövlət ünvanlı sosial yardım, işsizlik müavinəti, “dost iş” kimi layihələrə milyardlar ayırmış olur. Bütünlükdə isə səmərəsiz xərclənən, rentabelliyi və geri dönüşü olmayan bu vəsaitlərin böyük bir qismi Neft Fondundan transfertlər hesabına dövlət büdcəsindən gedir. Bütün bu problemlərin kompleks həlli üçün real iqtisadiyyatı, istehal prosesini canlandırmaq, biznesə yeni fabrik və zavodlar qurmaqda dəstək olmaq, həm daxili istehalı artırıb idxal asılılığından xilas olmaq, həm də yeni iş yerləri yaratmaqla dövləti işsizlər ordusunun yükündən azad etmək, bütün bunlarla paralel qat-qat artıq vergi yığımlarını da büdcəyə cəlb etmək mümkündür. Başlıca məsələ olan maliyyə mənbəyinə gəlincə, bəzi ekspertlər bunun üçün Neft Fondunun vəsaitlərindən yatırım məqsədilə istifadə edilməsini tövsiyə edir. Çünki hazırda Neft Fondu onsuz da vəsaitlərini xarici ölkələrdə minimum gəlirlə, çox zaman 1-2 faizlə müxtəlif sahələrə yatırır. Həmin yatırımlar ölkə iqtisadiyyatına yatırılarsa, orta və uzunmüddətli dövrdə həm iqtisadiyyat inkişaf edər, həm də dövlət büdcəsinə Neft Fondundan indiki həcmdə transfertlər edilməsinə ehtiyac qalmaz. Üstəlik, daxili iqtisadiyyata yatırılan vəsaitlərin geri dönüşünün təmin olunması Neft Fondunun itki ilə üzləşməsinin də qarşısını almış olar. Əsas məsələlərdən biri də bütün bu prosesə ciddi nəzarət mexanizminin olması və vəsaitlərin “yeyilməsi”nin qarşısının alınmasıdır.

Belə bir təklif səsləndirilən zaman bəzi iqtisadçılar Neft Fondunun daha çox təhlükəsizlik yastığı kimi qorunmasının vacibliyini ifadə edər. Ancaq reallıq ondan ibarətdir ki, qeyri-neft sektorundan büdcəyə daxil olan gəlirlər illik büdcənin yarısını təmin etmək iqtidarında deyilsə və büdcənin 50 faizdən çoxu Neft Fondundan transfertlər hesabına baş tutursa, bu elə özlüyündə Neft Fondunun ildən-ilə əriməsidir. Çünki neftin qiymətinin ucuzlaşması və Azərbaycanda neft istehsalının azalması da onu deməyə əsas verir ki, artıq bu transfertləri kompensasiya edəcək qədər illik neft gəliri də yoxdur.

2021-ci ilin elan olunmuş büdcə proqnozuna baxsaq, gələn il dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat olacaq, bunun 57,3 faizi və ya 13 milyard 950,0 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 milyard 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 milyard 750,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

Uzunmüddətli dövrdə büdcə Neft Fondundan transfertlər hesabına formalaşmaqda davam edərsə, bu, ehtiyatların ciddi azalması ilə nəticələnə bilər. Bu səbəbdən uzunmüddətli dövr üçün qeyri-neft sektorunun inkişafı, büdcənin böyük qisminin bu sektordan daxilolmalar hesabına formalaşması çox vacibdir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən, Neft Fondunun həm də investisiya fondu kimi çıxış etməsinin tərəfdarı olan iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, investisiya çatışmazlığı bu gün sahibkarlığı düşündürən əsas problemdir: “Xüsusilə də postpandemiya dövründə bu məsələnin aktuallığı daha da artacaq. Bu bizim iqtisadi həyatımızda bir nömrəli məsələ kimi gündəmdə olacaq. İndiki dönəmdə sahibkarların əksəriyyəti pandemiya səbəbindən praktik olaraq ağır maliyyə durumuna düşüblər. Böyük bir vəsait çatışmazlığı vəziyyətindədirlər. Postpandemiya dövründə onlar öz fəaliyyətlərini yenidən bərpa etmək, əvvəlki axarına çatdırmaq üçün mütləq şəkildə maliyyə mənbələri əldə etməlidirlər. Kim bunu edə biləcəksə, o, müəyyən formada öz biznesini əvvəlki axarına gətirib çıxara biləcək. Kim bunu edə bilməsə, praktik olaraq onun müəssisəsi müflis olub bağlanacaq və fəaliyyəti dayandırılacaq. Belələri kifayət qədər çoxdur. Hesab edirəm ki, 10 müəssisədən bir-ikisi maliyyə məsələsini hansısa çətinliklərlə həll edə biləcək. Yerdə qalan 8-9 müəssisə maliyyə problemlərinin həllində çox böyük çətinliklərlə üz-üzə qalacaq”.

F.Yusifovun sözlərinə görə, dövlətin bu istiqamətdə həyata keçirəcəyi proqram üçün ən real mənbə Neft Fondudur: “Bu səbəbdən indidən dövlət xüsusi bir proqramla sahibkarlığın maliyyə problemlərini həll edə biləcək mənbələr haqqında düşünməli və onu ortaya qoymalıdır. Bu proqram çərçivəsində istifadə edilə biləcək real mənbə kimi mən Neft Fondunun vəsaitlərinin bir qismini görürəm. Təbii ki, bundan daha real mənbə bank kreditləridir. Ancaq təəssüf ki, Azərbaycanda özəl bank sektoru bu gün bizim dediyimiz tələblər çərçivəsindən çox-çox uzaqdadır. Bunlar praktik olaraq kassa-hesablaşma əməliyyatlarını yerinə yetirirlər və pul qazanırlar. Bir də yüngül qazanc gətirən və qısa müddətdə gəlir götürə bildikləri üçün istehlak kreditləri verərək öz fəaliyyətlərini qururlar. Biznes və layihə kreditləşməsi bizim banklar üçün deyil, son illərin təcrübəsi də göstərir ki, onlar buna yaxın getmək istəmirlər”.

Sabiq nazir hesab edir ki, banklar da bu məsələdə ciddi rol oynamalıdır və onları buna vadar etməyin ən asan yolu xarici bankları ölkəyə gətirməklə rəqabət mühiti yaratmaqdır: “Burada da məsələnin həllinin ən doğru yolu kimi gördüyüm odur ki, bizim bu bankları bizneslə işləməyə öyrətməyin ən gerçək yolu xarici bankları Azərbaycana gətirməkdir. Xaricə bankların Azərbaycan bazarında fəaliyyət göstərməsinə meydan açmaq lazımdır. Onlar gəlib burada fəaliyyətə başladıqdan sonra yerli banklar da mütləq şəkildə onlara baxıb düzələcəklər və başa düşəcəklər ki, başqa cür işləmək mümkün deyil. Əks halda, çox çətin ki, biz bankların üzünü iqtisadiyyata çevirə bilək”.

İqtisadçı alimin fikrincə, hazırda yeganə yol Neft Fondunun vəsaitlərinin bir qismini biznesə, startap layihələrə yönləndirmək, çox uzun müddətli, layihədən asılı olaraq, 5 ,7 , 10 il müddətinə güzəştli şərtlərlə, simvolik faizlərlə, 5 faizi keçməyəm kreditlər verməkdir: “Ancaq bu məsələdə yenə də neqativlərdən çəkinmək lazımdır, biznes kreditlərində ”şapka" məsələsinə yol vermək olmaz. Bu kreditlərin idarəçiliyini də sağlam düşüncəli adamlara, tamahını idarə edə bilən adamlara həvalə etmək lazımdır ki, onlar biznes gerçək olaraq biznes layihələrini maliyyələşdirsinlər. Hazırda ən real yol budur. Dövlət büdcəsi ümumiyyətlə biznes kreditlərini maliyyələşdirmək üçün deyil. Dövlət büdcəsi Sahibkarlığın İnkişafı Fondu ilə bağlı sahibkarlara hər hansı dəstəyi verirsə, bu da çox cüzi məbləğdir. 150-200 milyon manat vəsaitlə 80-82 milyard manatlıq ümumdaxili məhsulun mövcud olduğu şəraitdə bu vəsaitlərin iqtisadiyyata müsbət təsirindən danışmaq real deyil. Bu kiçik məbləğ 82 milyard manatlıq ÜDM-i olan iqtisadiyyata nə təsir göstərəcək? Ona görə də gerçək mənbə Neft Fondunun vəsaitləridir. Neft Fondunun 45-50 milyard ehtiyatı var. Onun 8-10 milyard dollarını effektiv bir dövlət proqramı çərçivəsində biznesə yatırmaq lazımdır ki, real sektor canlansın. Biz bu gün çox məhsulları idxal edirik, halbuki onların əksəriyyətini ölkədə istehsal edə bilərik. Bəzən elə şeylər idxal edirik ki, gülünc görünür. Necə ola bilər ki, ən primitiv məhsulları istehsal edə bilməyək. Pambığımız, baramamız var, tekstil sənayesini gücləndirmək olar. Kənd təsərrüfatımız var, neftimiz, qazımız var. Bunların hamısı xammaldır. Neftdən yüzlərlə məhsul istehsal etmək və idxaldan asılılığı azaltmaq olar".

İqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov isə “Yeni Müsavat”a danışarkən bildirdi ki, Azərbaycanda biznesin maliyyə mənbələrinə çıxış imkanlarının artırılması bank kreditlərinə çıxış imkanlarının genişləndirilməsi formasında həyata keçirilməlidir: “Kommersiya bankları hələ də, istehlak kreditlərinə daha çox üstünlük verirlər. Digər ölkələrin təcrübəsi isə onu göstərir ki, biznesmenlər banklardan vəsaiti cəlb etməklə öz fəaliyyətlərini genişləndirməyə çalışırlar. O səbəbdən oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var. Bununla bağlı stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi də vacibdir. Biz təklif edirik ki, bir sıra ölkələrdə olduğu kimi xüsusən də kiçik və orta sahibkarlığa daha çox kredit verən banklar üçün təşviqedici dəstək həyata keçirilsin. Bu, müəyyən vergi və ödənişlərdə güzəştlərin tətbiq edilməsi, faizsiz və ya az faizli kreditlərə, maliyyə resurslarına həmin bankların çıxış imkanlarının artırılması formasında ola bilər. Bu zaman həmin banklar kiçik və orta sahibkarları maliyyələşdirməkdə daha da maraqlı olsunlar. O baxımdan birinci hədəf kommersiya banklarının vəsaitlərinin cəlb edilməsi olmalıdır”.

V.Bayramovun sözlərinə görə, digər tərəfdən, dövlət tərəfindən güzəştli kreditlərin həcminin artırılması ilə bağlı fəaliyyət də davam etdirilir: “Elektron kredit portalı vasitəsilə hazırda 500 milyon manatlıq güzəştli kredit sahibkarlara təqdim olundu. Həmin kreditlərin 50 faizini dövlət kompensasiya edir. Bu da güzəştli kredit imkanlarının gələcəkdə də artacağından xəbər verir. Ancaq dövlət dəstəyi və dövlət maliyyəsi ilə yanaşı birmənalı şəkildə kommersiya banklarının bu istiqamətdə daha çox vəsait ayırması və biznesin maliyyələşdirilməsində daha yaxından iştirak etməsinə nail olunmasına ehtiyac var”.

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər