Hadisə
4.09.2020, 23:29
Azərbaycanda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirdi
Sabirabadda qətl hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə rayonun Qəzli kəndində qeydə alınıb.
Bildirilib ki, kənd sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu həyat yoldaşı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızına bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay