Gündəm
3.09.2020, 21:41
Əfqanıstan Azərbaycana yeni səfir təyin etdi
Əfqanıstanın Azərbaycandakı yeni səfirinin kimliyi bəlli olub.
Əfqanıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, diplomatik missiyanın yeni rəhbəri Amanulla Ceyhun olacaq.
Qeyd edək ki, o, buna qədər Əfqanıstan XİN-də departamentlərindən birinin rəhbəri vəzifəsində çalışıb.
Əlavə edək ki, 2018-ci ildən etibarən Əfqanıstanın Azərbaycandakı diplomatik nümayəndəliyinə səfir Xayrullah Spelenay rəhbərlik edirdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay