"Əli Həsənov və dəstəsi həbs edilməli, oğurlanan milyardlar xalqa qaytarılmalıdır" - tanınmış hüquqşünas
"Hakimiyyətin elan etdiyi islahatı gözdən salan əsas amillərdən biri də konkret tədbirlərin görülməməsi, Dövlətə dəymiş ziyanın rəsmi qaydada geri qaytarılmamasıdır. Uzun müddətdir ki, Əli Həsənov dəstəsinin on milyonlar mənimsədiyini, öz reket jurnalistlərinə dövlət hesabına yüzlərlə mənzillər paylayıb Dövlətini, millətini sevənləri illərlə şantaj, təhqir etdirməsi barədə materiallar dərc olunur. Onun yüz milyonlarla ölçülən varidatının dəqiq ünvanları yayılır. Ancaq bu günə qədər də heç bir tədbir görülmür. Öz növbəmdə bildirirəm ki, Ə.Həsənov və dəstəsinin taladıqlarının miqdarı nə on milyonlardır, nə də yüz milyonlar. Bunların xalqdan oğurladıqları milyardlarla ölçülür".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

"Mən hələ əxlaqi-mənəvi dəyərlərimizə, söz azadlığına, jurnalistiyə vurulan ziyandan yazmıram. Xalqın hörmətini qazanmaq istəyən hakimiyyət pafoslu bəyanatlardan konkret işlərə keçməlidir. Ən azından yaxın zamanlarda Ə.Həsənov və dəstəsi həbs edilməli, xalqdan oğurlanan milyardlar xalqa qaytarılmalıdır. Bu gün də ara qarışdırmaqla məşğul olan jurnalistlərə verilmiş mənzillər, ofislər geri alınıb ilk növbədə Qarabağ qazilərinə, həqiqətən ehtiyacı olan jurnalistlərə verilməlidir. Ümumiyyətlə vaxtı ilə bu dəstənin sifarişi ilə şər-böhtanla, şantajla məşğul olan bütün xəbər saytları, jurnalistlər barədə ölçü götürülməli, reket jurnalistikaya son qoyulmalıdır. Bu gün milyonlarla insanlar bu talançıların, xalq düşmənlərinin hesabına bir tikə çörəyə möhtac qalıb. Ac-yalavac xalq isə pafoslu çıxışlara, vədlərə uzun müddət inanan deyil. Onun da bir səbr çərçivəsi var. Heç bir suçum olmadığı halda sağlamlığımla bağlı ölkədən çıxmağıma ard-arda saxta cinayət işləri açdırmaqla məhz Ramiz Mehdiyev - Əli Həsənovun dəstəsi 3 il imkan vermədi. İndi necə olur ki, milyardları oğurlayan, barəsində cinayət işi olan halda xüsusi reyslərlə xaricə göndərilir. Niyə bunlara bu şəraiti yaradanlar araşdırılmır?!" - A.İsmayılov qeyd edib.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər