Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında! - Sensasion həbslər gözlənilir
Xarici İşlər nazirinin iki müavini dünən DTX-da saatlarla istintaq altında olublar.
Musavat.com-a mötəbər qaynaqlardan verilən məlumata görə, xarici işlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb, saatlarla ifadə veriblər.

Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir.

Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində (XİN) iyulun 3-ü və 10-da nazirliyin məsul şəxslərinin həbsindən sonra(Bax bu linkə: https://musavat.com/news/dtx-xin-de-heyata-kecirdiyi-emeliyyatin-goruntulerini-yaydi-video_715714.html) nazirlikdə ciddi dəyişiklilər olacağı gözlənilən idi. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar zamanı “evdən işlədiyi” üçün işdən qovuldu. Amma aydın idi ki, bu həbslər Məmmədyarovun taleyini zatən həll etmişdi.

Nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla əməkdaşlarının həbsi nazirlikdə bu sahələri birbaşa kurasiya edən nazir müavinlərinin də ciddi cavabdehlik daşıyacağlarına işarə idi.

Məlumdur ki, Konsulluq İdarəsi nazir müavini Nadir Hüseynovun kurasiyasında olub. N.Hüseynov 2010-cu ilin noyabrın 24-dən nazir müavini postunda işləyib. Onu az-az hallarda Bakıya gələn əcnəbi qonaqları qarşılayanlar sırasında görmək mümkün idi.

Nazirliyin İşlər İdarəsinin müdiri, həbs edilən Tender Komissiyasının sabiq sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin təsərrüfat şöbəsinin sabiq müdiri Səlim Əlizadə isə başqa bir nazir müavini-Ramiz Həsənovun kurasiya etdiyi idarənin rəhbər işçiləri idilər.

R.Həsənov Azərbaycan icitmaiyyətinə tanış simadır. 1984-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 2004-2005-ci illərdə isə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Yada salaq ki, prezident 20 aprel 2018-ci ildə bu komitəni ləğv edib. Çünki son illər komitənin məsul şəxslərinin sahibkarları təhdid edərək pul yığmasına, “haqq” verməyənlərin isə qapılarına qıfıl vurmasına dair məlumatların da ölkə rəhbərliyinə çatdırıldığına dair iddalar vardı. May ayında R.Həsənov E.Məmmədyarova müavin təyin edildi. R.Həsənovun qardaşı Dursun Həsənov bir neçə ildir ki, Gürcüstadakı səfirliyimizə rəhbərlik edir. Jurnalistlərin yaxşı tanıdığı, XİN-in keçmiş mətbuat katibi Elxan Poluxov isə nazir müavininin qaynıdır. Hazırda o da Braziliyada səfirdir.

Hələ ötən ay musavat.com bu mövzuya diqqət edərək adıçəkilən nazir müavinlərinin başlarının dərddə olması barədə yazı dərc etmişdi. Bildirilirdi ki, Məmmədyarov “mən ilin böyük hissəsini xarici səfərlərdə oluram, işləri müavinlərim idarə edir” deyərək, həbslərlə bağlı məsuliyyəti müavinlərinə “yükləyib” ki, haqsız sayıla da bilməz. Ehtimal etmək olardı ki, bu həbslərlə əlaqədar hüquq-mühafizə orqanlarının nazir müavinlərinə də ciddi sualları olacaq. “O da istinsna deyil ki, artıq anonsu verilən davam edəcək həbslər fonunda nazir müavinləri də ya istintaqa cəlb edilsin, ya da vəzifələrini itirsinlər” deyə, xəbərdə bildirilirdi.
İndi təsdiqlənir ki, məlumatı verən mənbə yanılmayıbmış…

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər