“Tutaq ki, 1 milyonumuz yoluxub, 9 milyonun yoluxma ehtimalı hələ qalır axı…” - Çimərliyə gedən baş infeksionist
Sonuncu sərt karantin rejimin yumşaldılması sərnişin tələbatının kəskin artmasına səbəb olub.

Bu barədə Bakı Nəqliyyat Agentliyi bildirib. Qurum gündəlik sərnişin axınında 17-25% artım müşahidə olunduğunu qeyd edib. Agentlik tərəfindən artan təlabatın qarşılanması üçün bütün daşıyıcılar üzrə mövcud avtobus deposu tam gücü ilə daşımalara cəlb olunub və adi yay rejimi ilə müqayisədə hazırda xətlərə 45% əlavə avtobus çıxarılıb.

Avqustun 5-dən etibarən istifadəsinə icazə verilən çimərliklərə də insan axını kəskin artıb. Xüsusilə həftəsonlarında paytaxtın bəzi çimərliklərində sıxlıq və məsafənin qorunmaması müşahidə edilib.

İctimai nəqliyyatda və çimərliklərdəki sıxlıq yenidən yoluxmanın artımına səbəb ola bilərmi?

Xatırladaq ki, günlərdir yoluxma 100-dən az olur.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev deyib ki, həm ictimai nəqliyyatda, həm də çimərliklərdə karantin davranışlarına riayət olunmasa, yoluxmada artım təhlükəsi ilə yenidən üz-üzə qala bilərik:

“Ən çox sıxlıq ictimai nəqliyyatda müşahidə olunur. Xüsusən yumşaldılmadan sonra sərnişin sıxlığının artması və avtobuslarda maskadan istifadə olunmaması yoluxmanın sayını artıran faktorlardan biridir. İnsanlar işə getməyə məcbur olduğundan ictimai nəqliyyatdan istifadə edirlər. Bu məsələdə bir qədər Bakı Nəqliyyat Agentliyinin üzərinə də yük düşür. Agentlik avtobusların sayını artırsa, müəyyən qədər bu durumun qarşısını almaq olar. İşə gedən insanlarımıza tövsiyəm budur ki, səhər evdən bir az tez çıxsınlar. Bu zaman ictimai nəqliyyatda müəyyən qədər seyrəklik ola bilər. Yəni insanlarımız müəyyən yollarla bu durumu tənzimləməlidirlər ki, yoluxma olmasın. Təbii ki, sıxlıq olan yerdə yoluxma gözləniləndir. Maskadan istifadə isə yoluxma sayını qat-qat aşağı salır”.

Cəlal İsayevin sözlərinə görə, çimərliklərdə də həddindən artıq sıxlıq müşahidə olunur ki, bu da yoluxmanı artıran təhlükələrdən biridir:

“Mən özüm qəsdlə çimərliyə getmişdim və həddindən artıq sıxlığın şahidi oldum. İnsanlar hansı çimərlikdə sıxlıq varsa, ora getməsinlər. Bu sıxlıqla bağlı mediada da mütəmadi məlumatlar verilir. İnsanın sağlamlığı hər şeydən öndə durur. Əgər bilirəmsə ki, çimərlikdə yoluxma ehtimalı var, niyə getməliyəm? Niyə sıx yerdə oturmalıyam? Hər kəs deyir ki, çimərlik istirahətdir. Son vaxtlar D vitaminin xeyri ilə bağlı ard-arda informasiyalar yayılır. Sanki 5 il əvvəl D haqda məlumatımız yox idi. D vitamini çimərlikdə çılpaq halda toplanmır. Eyvanda, həyətdə günün altında da bu vitamini qəbul etmək mümkündür. Yayın günündə qolumuz, başımız açıq olur, ondan da oqranizmə D vitamini daxil olur. Düzdür, çimərlik müəyyən qədər istirahət və stress atmaqdır. Amma bunun hesabına yoluxma təhlükəsi də mümkündür. Heç olmasa insanlar çimərliyə buraxılma qaydasına əməl etsinlər. İnsanlar nəzarətçilərdən də bezib. İnsanın özündən çox şey asılıdır”.

Baş infeksionist təkrar yoluxmadan da danışıb. O deyib ki, karantin davranışları gözlənilməsə, bəzi ölkələrdə olduğu kimi Azərbaycanda da yenidən yoluxmada artım mümkündür:

“Artıq Avropanın və qonşu Türkiyənin bəzi vilayətlərində təkrar yoluxma ilə bağlı karantin elan edilib. Məlum rejimə əməl edilməsə, bizi də bu təhlükə gözləyir. Azərbaycanın 10 milyon əhalisindən təxminən 40 mini virusa yoluxub. Qarşıda görün yoluxmamış nə qədər insan var. Deyək ki, 400 minimiz, yaxud 1 milyon insanımız virusa yoluxub, axı 9 milyon insanın yoluxma ehtimalı hələ qalır. Ona görə də həyəcan təbili çalırıq ki, payızda bu virusun soyuq temperatura dözümlülüyü yüksəkdir, artma ehtimalı var. Xüsusən bu virusa yanaşı gedən digər respirator viruslar da qoşulacaq və xəstəliyin daha ağır keçmə ehtimalı var. Bütün bunları insanlarımız nəzərə almalıdır. Mən bilirəm hər kəs istirahət etmək, toy etmək, toylara getmək istəyir. Amma üzərimizə düşən qaydalara əməl etməliyik ki, istəklərimizə nail olaq”.

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər