“Əsas diqqət şəffaflıq və hesabatlığın təmin olunmasına yönəldilməlidir” - GƏLİŞMƏ
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi videomüşavirədə iri dövlət şirkətlərinin fəaliyyətindəki səmərəsizliyə xüsusi diqqət yetirib.

Prezident qeyd edib ki, dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür: “İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var”.

Ölkə rəhbəri iri şirkətlərin dövlətə vergi ödənişlərinin dövlətdən aldıqlarından aşağı olması faktına da toxunub: “Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz”.

Müşavirədən dərhal sonra Prezidentin imzaladığı fərmanla Azərbaycanda “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılıb. Fərmanla təsdiq olunmuş nizamnaməsində AİH-ə dövlət müəssisələrinin maliyyə və iqtisadi fəaliyyətinə nəzarət, onun təkmilləşdirilməsi, səmərəliliyin artırılması və digər mühüm vəzifələr həvalə olunub. Fərmanda qeyd olunur ki, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür: “Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur”.

Prezidentin təsdiqlədiyi nizamnaməsinə əsasən AİH onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra - dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Onun fəaliyyət istiqamətlərini qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə dövlət müəssisələrində idarəetməni təşkil etmək; dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə resurslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək; dövlət müəssisələrinin fəaliyyət göstərdiyi xidmətlər bazarına özəl investisiyaları cəlb etmək, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaşdırmaq; dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün onların səmərəlilik göstəricilərini müəyyən etmək və monitorinqini aparmaq; dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək; dövlət müəssisələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq; dövlət müəssisələrinə dövlətin ayırdığı investisiyalardan səmərəli istifadəyə nəzarət etmək; dövlət müəssisələrinin özəlləşdirilməyə (tam və ya qismən) hazırlanmasında iştirak təşkil edir.

Araşdırmaçı-ekspert Hafiz Babalının sözlərinə görə, yeni holdinq əksər iri dövlət müəssisələrinin vahid idarəetmə mərkəzi rolunu oynayacaq: “Bir növ, vahid idarəetmə mərkəzi funksiyasını həyata keçirəcək. Şirkətlərin bazar iqtisadiyyatı prinsiplərinə uyğun idarə olunmasını təşkil edəcək. Bu zaman şirkətlərin hansı istiqamətlərdə hansı fəaliyyətləri icra edəcəyini, o fəaliyyətlərin icrası üçün hansı mal və xidmətlərin tələb olunacağınl müəyyənləşdirəcək. Məsələn, ”Azərsu"nun əsas problemi altyapının zəif olmasıdır. Bu zəiflik itkinin yüksək həcmdə olmasına gətirib çıxarır. Holdinq altyapının gücləndirilməsi üçün zəruri olan tədbirləri müəyyənləşdirib həyata keçirəcək. Qurum dövlət şirkətlərinin fəaliyyətində səmərəliliyin yaranmasına, xarici borcların qaytarılmasının təmin olunmasına hesablanmış fəaliyyətlər həyata keçirəcək".

Ekspertin fikrincə, ən vacib məqam dövlət şirkətlərinin alqı-satqılarının bir mərkəzdən idarə olunmasıdır: “Məsələn, SOCAR hansısa kimya məhsulunu satır. Bu məhsulun qiyməti necə formalaşır, onu kim alır, kim satır -heç nə məlum deyil. Nəticədə bu gün dünyada qiyməti 300-400 dollara olan məhsul Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlardan aydın olur ki, xaricə 150-200 dollara satılır. Buna görə də dövlət şirkətlərinin vahid marketinq mərkəzi formalaşdırılmalıdır: nəyi, hansı qiymətə istehsal edəcəksən, hansı qiymətə ixrac olunacaq, hansı məhsulların istehsalı daha böyük gəlir gətirər və sair məsələləri həll etmək üçün. Bu sahələrdəki nəzarətsizlik dövlət şirkətlərinin milyonlarla dollar zərərlə işləməsinə səbəb olur. Buna görə də İnvestisiya Holdinqi bütün bu prosesləri vahid mərkəzdən idarə etməlidir. Bütün dünyada marketinq və satış mərkəzləri fəaliyyət göstərir, şirkətlərin gəlirlə işləməsini təmin edir. Düşünürəm ki, Azərbaycanda istehsal olunan məhsulların birjalar vasitəsilə satışı təşkil olunmalıdır. Bu, qiymətlərin rəqabətli satış vasitəsilə tənzimlənməsinə gətirib çıxaracaq: istehlakçı da udacaq, istehsalçı da”.

İri dövlət şirkətlərində idarəetmənin aşağı səviyyədə olmasından dövlət ciddi itkilərə məruz qalır: “Bu vəziyyət əslində dövlətin əsas gəlir mənbələrindən olmalı şirkətlərin faktiki olaraq dövlətin üzərində ağır yükə çevrilməsinə gətirib çıxarıb. Şirkətlərin heç birində müşahidə şurası yoxdur, olanlarda da formal xarakter daşıyır. Daxili nəzarət sistemi işlək deyil. Bu isə şirkətlərin idarəçiliyində nəzarətsizliyə səbəb olur. Vəziyyətin dəyişməsinin əsas yolu müasir idarəetmə sisteminin tətbiqi vasitəsilə şirkətlərin sağlamlaşdırılmasıdır”.

Qeyd edək ki, dövlət başçısı köhnə müəssisələrlə bağlı məsələyə də toxunub: “Biz xarici və yerli investorlara biznesplan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik. Çünki bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, - əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, - eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdağılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq”.

H.Babalının sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin idarəetməsində 200-dək səhmdar və məhdud məsuliyyətli cəmiyyət var: “Bir çox müəssisələr var ki, özəlləşmə tam yekunlaşmayıb, 35-40 faizi dövlətdədir. Bütün bu müəssisələr dövlət heç bir dividend ödəmirlər, yaxud çox cüzi məbləğdə ödəyirlər. Bu müəssisələrdə əsas problem ondan ibarətdir ki, şəffaf idarəetmə yoxuydu, onların əmlakından şəxsi məqsədlər üçün istifadə olunurdu. Uzun illərdir keçmiş Dövlət Əmlak Komitəsi bu müəssisələr, onların əmlaklarının registrini açıqlamır. Bilinmir ki, bu müəssisələrin nə qədər torpağı, digər əmlakı var, hansı hissəsi özü fəaliyyət göstərir, hansı hissəsi icarəyə verilib və sair. İndiyədək bir dəfə də olsun bu məlumatları əhatə edən hesabat açıqlanmayıb. Ən çox qeyri-şəffaflıq olan sahələrdən biridir. Belə müəssisələrin torpaq sahələrinin özəlləşdirilməsi vəziyyəti barədə hansısa məlumata rast gəlinmir. Dövlət başçısı da bu məsələyə toxunub, böyük ərazilərdə yerləşən müəssisələr fəaliyyətsiz dayanıblar, yaxud fəaliyyətləri olsa da dövlət ondan heç bir gəlir götürə bilmir. Bu sahədə ciddi korrupsiya imkanları var. Hesab edirəm ki, bu imkanlar aradan qaldırılmalıdır. Ümid edirəm ki, İnvestisiya Holdinqinin yaradılması Dövlət Əmlak Xidmətinin fəaliyyətində, dövlət əmlakının idarə olunmasında şəffaflığa və hesabatlığa gətirib çıxaracaq. Nəticədə, dövlət və vətəndaş böyük qazanc əldə edə biləcək”.
“Yeni Müsavat”

Son xəbərlər

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...

Bu qadınlar pensiyaya tez çıxacaq

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir

ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."

Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bütün xəbərlər