Dünya
10.08.2020, 11:51
Türkiyə ordusu İraqda PKK terrorçularını belə məhv etdi
Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalında Avaşin rayonundakı mövqelərinə zərbələr endirib.
Anews.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter”dəki səhifəsində bildirilir.
Məlumata görə, zərbələr nəticəsində PKK-nın 3 terrorçusu məhv edilib.
"Türkiyənin Hərbi Qüvvələri əməliyyatları son terrorçunun məhv edilməsinə qədər davam etdirəcək”, - nazirliyin xəbərində vurğulanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay