Siyasət
5.08.2020, 17:58
Baş Prokurorluqdan Firudin Nəbiyevin oğlu ilə bağlı - AÇIQLAMA
Baş Prokurorluq Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Anews.az-a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.
Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılıb.
Xatırladaq ki, F.Nəbiyev avqustun 3-də Türkiyədə vəfat edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay