Binəqədi RPİ-də müstəntiq zərərçəkən şəxsi necə “fırladıb?”
Son vaxtlar ölkəmizin hüquq-mühafizə orqanları sahəsində çalışan bəzi vəzifə sahiblərinin atdıqları addımlarla bağlı ictimai fikirdə çoxsaylı şübhələr, müəyyən söz-söhbətlər baş qaldırmaqda davam edir. Sözsüz ki, buna müxtəlif amillərin varlığı səbəb olur və həmin amillər içərisində ən əsası, qanunun keşiyində duran hüquq-mühafizə orqanı əməkdaşlarından bəzilərinin, məhz mövcud qanunvericiliyin tələblərini tapdaqlar altına atmaları olur. Məsələn, bugünlərdə Bakı şəhəri, Binəqədi rayonu, Mədən-1, Korpus-15 ünvanında qeydiyyatda olan Allahyarlı Elnur Oqtay oğlunun, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Baş Prokuroru cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova və KİV nümayəndələrinə yazmış olduğu şikayət ərizəsinin bir surəti Nyus.Az saytının redaksiyasına da daxil olub. Elnur Allahyarlı yazmış olduğu ərizəsində qeyd edir: “07 iyul 2020-ci il tarixdə bizim evə qonaq gəldiyi üçün, yaşadığımız mənzilin yaxınlığındakı mağazaya çörək almağa getdim. Elə ki, mağazadan çörək alıb geri qayıtdım, o halda yol kənarında dayanıb birbiri ilə söhbət edən Orxan adlı şəxs və onunla birlikdə olan bir neçə nəfər tanımadığı şəxslər mənə salam verdilər. Həmin vaxt onların verdikləri salama əleykumə salam deyə cavab verdim. O halda onlar “niyə salam vermirsən, salam vermək lazımdır” deyib, mənə öz iradlarını bildirdilər. Belə bir iradı eşidib həmin şəxslərə tərəf yaxınlaşdım və onlara salam vermirəm əcəb edirəm dedim. Qısa müddətli mübahisədən sonra Orxan ayağa qalxdı və üstündəki buçaqla məni vurmaq istədikdə cəld tərpəndim və özümü müdafiə etmək məqsədilə ilk əvvəl mən onu vurdum. Məqsədim Orxanı zərərsizləşdirmək və onun əlindəki buçağı almaq idi. Elə ki, o, vurduğum zərbənin təsirindən yerə yıxıldı, o halda onunla birlikdə olan şəxslər məni tutdular və Orxan ayağa qalxıb bədənimin müxtəlif hissələrinə bir neçə dəfə buçaqla vurdu. Düzdür, alqan içində olsam da, həmin vaxt bir kimsə mənə lazımi köməklik göstərmədi və birtəhər özümü M.N.Qasımov adına Respublika Klinik Xəstəxanasına çatdıra bildim. Az sonra baş verən qanlı hadisə haqda DİN-nin 102 xidmətini də məlumatlandırdım. Aldığım buçaq yaralarına görə, Respublika Klinik Xəstəxanasında bədənimin müxtəlif nahiyələrinə bir neçə tikiş qoydular və “siz xəstəxanada da qala bilərsiniz, evə də gedə bilərsiniz” deyə mənə məsləhət gördülər. Evə getməyimi ona görə məsləhət gördülər ki, xəstəxanada koronovirusdan və digər xəstəliklərdən müalicə olunan xəstələr sayca çoxluq təşkil edirdi. Onu da qeyd edim ki, M.N.Qasımov adına Respublika Klinik Xəstəxanasında olarkən Binəqədi RPİ-i, 43-cü polis bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Bayramov xəstəxanaya gəldi. O, xəstəxanada ümumi vəziyyətimi gördü və az sonra evimizə gəlib, hadisənin necə və hansı şəraitdə baş verməsi, hansı şəxs və yaxud şəxslər tərəfindən törədilməsi və s. haqqında məndən yazılı izahat aldı. Onu da bildirim ki, yazmış olduğum izahatımı özüm imzaladım. Baş verən buçaqlanma hadisəsi haqqında polis əməkdaşlarına yazılı izahat versəm də, mənə buçaq xəsarətləri yetirmiş Orxan adlı şəxs atdığı addımına görə, məhz həmin vaxta qədər saxlanmamışdı.
9 iyul 2020-ci il tarixdə Binəqədi RPİ-nin müstəntiqi Rövşən Cavadov adlı polis əməkdaşı mənə zəng etdi və “Orxanı həbs etmişik, vaxt et Binəqədi RPİ-nə gəl” dedi. Elə ki, müstəntiqin yanında oldum və Orxanla üzləşmə prosesi həyata keçirildi, o halda o, hadisənin necə baş verdiyini olduğu kimi danışdı və “bütün günah məndədir, yanımda olanların heç bir günahı yoxdur” dedi. Həmin vaxt Orxana sual etdim ki, səbəb nə oldu ki, yanında olan şəxslərdən heç biri mənə köməklik göstərmədi, əksinə onlar məni tutmaqla sənin məni buçaqla vurmağına şərait yaratdılar. Belə bir sualımın qarşısında Orxan susdu və başını aşağı dikib mənə heç bir cavab verə bilmədi. 13 iyul 2020-ci il tarixdə müstəntiq Rövşən Cavadov bir daha mənə zəng etdi və təkrar Binəqədi RPİ-nə getməyimi bildirdi. Mən onun belə bir telefon zəngindən sonra iki nəfər dostumla birlikdə RPİ-nə getdim. Həmin vaxt Rövşən Cavadov məni təkid edərək “sən tez bu protokola və bu ifadəyə qol çək. Burada hər şey sənin dediklərin kimi qeyd olunub” dedi. Onu da bildirim ki, ifadəni Binəqədi RPİ-də mənim adımdan yazıb hazırlamışdılar. Elə ki, adımdan yazılmış ifadəni oxudum, həmin vaxt gördüm ki, hazırlanmış ifadədə dediklərimin heç biri qeyd olunmayıb. Belə olan halda ifadəni imzalamaqdan imtina etdim, o halda müstəntiq Rövşən Cavadov təkrar məni təkid etdi ki, “sən bunlara imza at, bunlar boş şeylərdir. Sənədlər məhkəməyə getməlidir, hələ çox sənədlər dəyişdiriləcək, mən məhkəməyə tələsirəm” deməklə, bir növ məni “gipnoz” edib, həmin sənədləri mənə imzalatdıra bildi.
Sonda onu qeyd edirəm ki, lazımi qədər savada malik olmadığımdan, qanunları lzımınca bilmədiyimdən, həmçinin müstəntiq Rövşən Cavadovun təkidli addımları qarşısında aldadıldığımdan, bu gün etdiyim səhvlərimi başa düşmüşəm. Yəni, onu bildirmək istəyirəm ki, 13 iyul 2020-ci il tarixdə müstəntiq Rövşən Cavadovun mənə imza atdırdığı sənədləri bilərəkdən deyil, bilməyərəkdən imzalamışam.
Ona görə də bu gün vəzifə sahibi olan və ünvanına şikayət ərizəsi göndərdiyim şəxslərdən xahiş edirəm ki, müstəntiq Rövşən Cavadovun mənə qarşı atdığı təkidli addımları araşdırılsın, bu şəxsin əməllərinə hüquqi qiymət verilsin. Çünki, Binəqədi RPİ-də müstəntiq vəzifəsini daşıyan bu şəxsin baş verən hadisələrə yanaşması, məhz ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. O halda sual oluna bilər ki, görəsən Rövşən Cavadovun belə bir addımlar atmasına, yəni baş verən hadisələrə fərqli yanaşmasının kökündə nələr durur? Düşünürəm ki, belə bir əməl və düşüncə sahibi olan müstəntiqin mənə qarşı atdığı təkidli addımları, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazov da diqqətdə saxlayacaq. Yəqin ki, o halda adı çəkilən vəzifə sahibinə çoxsaylı suallar ünvanlanacaq və atdığı addımların mahiyyəti ondan hüquqi qaydada soruşulacaq”.

P.S. Hörmətli oxucular! Biz hadisənin başvermə səbəbləri haqda müəyyən məlumatları əldə etdikdən sonra, yaşanan olayın ictimailəşdirilməsinə qərar verdik. Odur ki, mövzunu bundan sonra da diqqətdə saxlayacağıq. Məqalədə adı çəkilən şəxslərin də, yaşanan olayla bağlı münasibətlərini dinləyə bilərik.

Nyus.Az

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər