İqtisadiyyat / Dünya
29.04.2020, 15:26
Gürcüstan Milli Bankı uçot dərəcəsini azaltdı
kanal1.azGürcüstan Milli Bankı uçot dərəcəsini azaltdı
Gürcüstan Milli Bankı uçot dərəcəsini 0,5% azaldaraq 8,5% səviyyəsində müəyyən edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu bankın prezidenti Koba Qvenetadze bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyası və dünya bazarlarında neftin kəskin ucuzlaşması fonunda Gürcüstanda mart ayında illik inflyasiya 6,1% təşkil edib.
Bankın proqnozuna əsasən, müvəqqəti faktorların səbəb olduğu infilyasiya bir neçə ay ərzində yüksək olaraq qalacaq, daha sonra isə tədricən azalacaq.
Monetar Siyasət Komitəsinin növbəti iclası 2020-ci ilin iyunun 24-nə təyin olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay