Dünya
27.04.2020, 12:35
Nur-Sultan və Almatı arasında aviareyslər mayın 1-dən açılacaq
kanal1.az
Nur-Sultan və Almatı arasında aviareyslər mayın 1-dən açılacaq
Qazaxıstanda mayın 1-dən Nur-Sultan və Almatı arasında aviareyslər bərpa olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev əhaliyə müraciətində deyib.
“Koronavirus pandemiyası ilə əlaqədar ölkədə bütün sərnişindaşımalar dayandırılıb. Lakin vəziyyətin nisbətən sabitləşməsini nəzərə alsaq, həm vətəndaşlar, həm də bir çox mütəxəssislərin, o cümlədən virusa qarşı mübarizədə iştirak edənlərin işi üçün mayın 1-dən paytaxtla Almatı arasında aviareyslərin açılması vacibdir”, - deyə o bildirib.
Xatırladaq ki, Qazaxıstanda COVID-19 pandemiyası səbəbindən fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar ölkədə sərnişindaşımaların bütün növlərinin fəaliyyətinə (istisnalar olmaqla) məhdudiyyətlər qoyulmuşdu.
İlahə Əhmədova
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay