kanal1.azADPU: Pandemiya şəraitində tədrisin təşkili


ADPU: Pandemiya şəraitində tədrisin təşkili

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) elmi şurasının iclasında rektor Cəfər Cəfərov pandemiya şəraitində tədrisin təşkili ilə bağlı fikirlərini bildirib. Qeyd edib ki, müasir dövrdə müəllimin əsas vəzifəsi tədris prosesini günün tələbinə və bəşəriyyətin inkişaf meylinə uygunlaşdırmaq, təhsilalanları bilik qazanmağa və inkişafa motivasiya etməkdir. Tələbələr də bu gün ali məktəbin tədris resurslarının zamandan və məkandan asılı olmayaraq əlçatan olmasını arzu və tələb edirlər. Müasir texnologiyalar da bu istəyi təmin etmək üçün bütün imkanlara malikdir. Beləliklə, məkandan və zamandan asılı olmayan müasir təhsilin və tədrisin təşkili artıq mübahisə edilməyəcək qədər vacib və əhəmiyyətlidir.

Bu gün məsafədən təhsilin uğurla həyata keçirilməsi üçün üç əsas məsələnin həlli vacibdir: əlçatanlıq (öyrənənlərin və ya təlim iştirakçılarının internetə sərbəst çıxışı), kompetensiya (təhsilalanların və müəllimlərin informasiya resurslarından və texnologiyalarından istifadə bacarığı) və motivasiya (bu resurslardan istifadə etmək cəhdi və arzusu).

Müasir dövrdə keyfiyyətli təhsil verilməsi ənənəvi təlim metodları ilə onlayn təlim vasitələrinin optimal (uğurlu) vəhdəti hesabına mümkündür.

Bu gün elektron tədris texnologiyalarını tətbiq etməyi bacarmayan, elektron təlimin təşkilinin əsaslarını mənimsəməyən müəllim özünün rəqabətədavamlılığını itirir, eləcə də tələbələr üçün maraqsız və arzuedilməz olur.

Vurğulanıb ki, müasir dövrün tələblərinə cavab verən, fəaliyyətini müxtəlif elektron tədris-metodiki platformalar vasitəsilə qura bilən, yüksək peşəkarlığa malik müəllim kadrlarının hazırlığı günümüzün tələbidir və bu, artıq pedaqoji kadr hazırlığını həyata keçirən ali məktəb olaraq ADPU-nun yeni missiyasıdır.

Bu tədris vasitəsilə öyrənmə və öyrətmə prosesinin ardıcıllığı müəyyənləşdirilməli, öyrənmə və ya təhsil prosesinin pillələri aydınlaşdırılmalı, biliklərin qiymətləndirilməsi metodları müəyyənləşdirilməlidir. Elektron təhsildə etik davranış məsələləri müəyyənləşdirilməli və nəhayət, məsafədən təhsil üçün yeni metodologiyalar formalaşmalıdır.

ADPU bu gün yeni missiyasına uyğun olaraq tədris üçün vacib olan və qeyd olunan məsələlərin işlənib hazırlanması üzərində çalışır və yeni tədris ili başlayana qədər elektron təhsilin metodoloji və pedaqoji yanaşmasına dair tövsiyələrini geniş təhsil ictimaiyyətinə təqdim etməyi qarşısına məqsəd qoyub.

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər