Mayk Tayson rinqə qayıda bilər

kanal1.az

Mayk Tayson rinqə qayıda bilər



Mayk Tayson rinqə qayıda bilər


"Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıda bilər".


Trend-ə istinadən xəbər verir ki, bunu 53 yaşlı sabiq boksçu özü deyib.

O, hazırda məşqlərini davam etdirdiyini bildirib.

M.Tayson əlavə edib ki, rinqdə 3-4 raund keçirə bilməsi üçün forma yığmağa çalışır.

Qeyd edək ki, ağır çəkidə mütləq dünya çempionu olmuş boksçu 2005-ci ildə karyerasını bitirib. Mayk Tayson karyerası ərzində keçirdiyi döyüşlərdə 44-ü nokautla olmaqla 50 qələbə qazanıb, 6 dəfə məğlub olub.

Tarix: 25-04-2020, 17:27


Bölməyə aid digər xəbərlər