Hadisə
14.05.2019, 11:23
Bakıda sərxoş sürücü zəncirvari qəza törədib
Axşam saat 21:20 radələrində Bakının Sabunçu rayonu ərazisində zəncirvari yol qəzası baş verib.[u][/u]
Beş.az report-a istinadən bildirir ki, Yeni Ramana qəsəbəsi ilə Şuşa şəhərciyi istiqamətində hərəkətdə olan "20-DE-409" dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxması nəticəsində 5 maşın toqquşub.
Nəticədə bir nəfər xəsarət alıb, həmçinin avtomobillər yararsız hala düşüb. Hadisəni törədən sürücünün sərxoş olduğu bildirilir.
Əraziyə DYP və PPX əməkdaşları cəlb olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay